SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qəbələ" "Səbail"lə heç-heçə edib

21-09-2019, 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, günün ikinci matçında "Səbail" "Qəbələ"ni qəbul edib.

"ASCO Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib - Mirabdulla Abbasov fərqlənib.

Bu nəticədən sonra 4-cü xalını qazanan "Qəbələ" 7-ci yerdə qalıb. "Səbail" isə 10 xalla ikincidir.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" evdə "Sabah"ı məğlub edib 1:0. Turun "Neftçi" - "Keşlə" qarşılaşması sentyabrın 22-də, "Zirə" - "Qarabağ" görüşü isə sentyabrın 23-də olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031