SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb

Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb
21-09-2019, 21:00

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının qrup hərəkətlərində çoxnövçülük üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, birinci yeri Rusiya komandası, ikinci yeri Yaponiya komandası, üçüncü yeri isə Bolqarıstan komandası tutub.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Vasiliy Titov, Texniki Komitənin (FIG) vitse-prezidenti Şihoko Sekita və FIG Texniki Komitəsinin üzvü Daniela Dellekyayi təqdim ediblər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031