SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın sərbəst güləşçisi üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib

Azərbaycanın sərbəst güləşçisi üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib
21-09-2019, 14:36

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb.

Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək ilk "6-lıq"dakı yerini təmin edib. Beləliklə, Şərifov lisenziya normasını doldurub. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə, 5-ci lisenziyasını təmin edib.

Daha əvvəl mundialda bu vəsiqəni qadın güləşçi Mariya Stadnik qazanıb. Stadnik həm də 50 kq çəki dərəcəsində ikiqat dünya çempionu olub. Şərifovun da karyerasında ikinci dəfə dünya çempionu olmaq şansı var. O eyni zamanda 2012-ci il London Yay Olimpiya Oyunlarının və builki Avropa çempionatının qalibi, 2016-cı il Rio-de-Janeyo Yay Olimpiya Oyunlarının və 2009-cu il dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatlarının ikiqat gümüş və bürünc mükafatçısıdır.

Qeyd edək ki, indiyədək bu idmançılarla yanaşı, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev və gimnast Zöhrə Ağamirova da Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031