SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xorvatiya millisinin futbolçusu üçün AVRO-2020-nin seçmə mərhələsi vaxtından əvvəl başa çatıb

Xorvatiya millisinin futbolçusu üçün AVRO-2020-nin seçmə mərhələsi vaxtından əvvəl başa çatıb
21-09-2019, 10:05

UEFA Xorvatiya millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Ante Rebiçi cəzalandırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 25 yaşlı hücumçu UEFA bayrağı altında keçirilən beş qarşılaşmada iştirak etməyəcək.

Buna forvadın Almaniya "Ayntraxt"ında çıxış edərkən avqustun 29-da Fransa "Strasburq"una qarşı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi qeyri-etik hərəkətlər səbəb olub. Xorvatiyalı oyunçu "Ayntraxt"ın qələbə qazandığı görüşdə qırmızı vərəqə alıb və oyunun rəsmi nümayəndəsinə qarşı nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Ante Rebiç Almaniya klubundan "Milan"a iki illik icarəyə verilib. İtaliya təmsilçisi avrokuboklarda iştirak etmədiyi üçün Rebiç cəzasını AVRO-2020-nin seçmə mərhələsində çəkəcək. Xorvatiya millisinin üzvü Azərbaycan yığmasının da yer aldığını E qrupunun digər matçlarında iştirak edə bilməyəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031