SON DƏQİQƏ

naxcivanxeberleri.com

DÇ: Bu gün Azərbaycanın son 4 güləşçisi mübarizəyə başlayacaq

DÇ: Bu gün Azərbaycanın son 4 güləşçisi mübarizəyə başlayacaq
21-09-2019, 09:10

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsinə təsadüf edəcək.

Əvvəlcə olimpiya çəkilərində Avropa mükafatçısı Aleksandr Qostiyev (86 kq), eləcə də Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov (97 kq) döşək üzərinə çıxacaq. Qostiyev təsnifat mərhələsində özbəkistanlı Javrail Şapiyevlə, Şərifov cənubi koreyalı Minvon Seu ilə üz-üzə gələcək.

Qeyri-olimpiya çəkilərində isə dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) ilə ikiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) çıxış edəcək. Qvarzatilov 1/8 finalda kubalı Yovlis Bonne Rodrigeslə, Həsənov isə Andrjey Pyotr Sokalski (Polşa) - Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

61 kq

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba)

79 kq

1/8 final. Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi

86 kq

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya)

Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31