SON DƏQİQƏ

naxcivanxeberleri.com

Boccia idman növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Boccia idman növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
20-09-2019, 19:14

Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək birinciliyin keçirilmə məqsədi haqqında geniş məlumat vermiş və idmançılara uğurlar arzulamışdır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 15 idmançı iştirak etmişdir. Birinciliyin yekununa əsasən Zahir İbrahimov, Aysu Yusifova və Mais Hacılı müvafiq olaraq I, II və III yerə, Hüseyn Pənahov, Fuad Qəribov, Zəhra Məmmədova, Məhəmməd Qasımov, Umud Məmmədov, Şuğeyib Hüseynov, Əliəsgər Əlisoy və Həsən Pənahlı isə həvəsləndirici yerlərə layiq görülmüşlər. Sonda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031