SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı
20-09-2019, 17:56

Azərbaycan gimnastı Zöhrə Ağamirova 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Z.Ağamirova çoxnövçülük finallarında 78.725 xal yığaraq B qrupunda 4-cü yer tutub və A qrupunun nəticələrindən asılı olmayaraq ilk 16 gimnast arasında yer alıb.

Gimnast halqa ilə hərəkətlərdə 20.900 xal, topla hərəkətlərdə 19.525 xal, gürzlərlə hərəkətlərdə 21.200 xal, lentlə hərəkətlərdə 17.100 xal toplayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031