SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib

Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib
20-09-2019, 15:17

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda hindistanlı Devi Şuşilanı üstələyib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Giliazova ilə qarşılaşacaq.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031