SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb

Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb
20-09-2019, 12:21

Azərbaycan karateçiləri Urmiya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirə qatılıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, yarışda əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaşlar üzrə milli komandaların əsas və əvəzedici heyətinin 50-dən artıq idmançısı mübarizə aparır.

Sentyabrın 20-22-də keçirilən "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov yarışı idarə edən referilər arasındadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031