SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb

"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb
18-09-2019, 18:22

Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu üçün satışa çıxarılan biletlərin 90 faizdən artığı satılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə mətbuata açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda satışda 1000-ə yaxın bilet qalıb: "30 mindən artıq bilet satılıb, satılmamış 800-1000 bilet qalıb. Həmin biletlər də yaxın vaxtlarda yəqin ki satılacaq. Bilet satışı davam edir".

Xatırladaq ki, sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031