SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyəli tanınmış güləşçi 4-cü dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 4-cü dəfə dünya çempionu olub
17-09-2019, 18:39

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rza Kayaalp Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Kuba təmsilçisi Oskar Pinonu 3:1 hesabı ilə məğlub edib. 30 yaşlı təcrübəli güləşçi 4-cü dəfə dünya çempionu olub.

Qeyd edək ki, bu, Türkiyə güləşçilərinin Qazaxıstandakı mundialda ilk qızıl medalıdır. Buna qədər 97 kq-da yarışan digər yunan-Roma güləşçisi Cenk İldem bürünc medala sahib olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930