SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan idmançıları üçün bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk günü necə başa çatdı

Azərbaycan idmançıları üçün bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk günü necə başa çatdı
16-09-2019, 23:15

Bakıda keçirilən 37-ci bədii gimnastika üzrə Dünya Çempionatının ilk gününün nəticələrindən sonra Azərbaycan gimnastı Zöhrə Ağamirova 27-ci pillədə qərarlaşıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, digər bir gimnastımız Veronika Qudis 56-cı pillədə qərarlaşıb.

Bugünki seçmə yarışlar zamanı Zöhrə Ağamirova və Veronika Qudis halqalı hərəkətlərlə proqramlarını təqdim ediblər. Çıxışın nəticələrinə görə, Zöhrə Ağamirova 19.000 xal, Veronika Qudis isə 16.950 xal toplayıb.

Sabah, sentyabrın 17-də, Zöhrə Ağamirova və Veronika Qudis top ilə hərəkətlərdə çıxış edəcəklər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031