SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazanıb-VİDEO

Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazanıb-VİDEO
13-09-2019, 12:10

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığmasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, İngiltərənin paytaxtı Londonda keçirilən mundialın 5-ci günündə idmançı brass üsulu ilə mübarizə aparıb. O, 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.

Beləliklə İsrafilov lisenziya xalları toplayaraq "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb. 17 yaşlı Vəli İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.

Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandanın digər üzvü Roman Saleh çıxış edib. O, arxası üstə üzmə yarışında 2-ci yeri tutaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə yarışda 3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.

Beləliklə Azərbaycanın komandası "London 2019" para üzgüçülük üzrə dünya çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930