SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib-FOTO

Kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib-FOTO
12-09-2019, 19:52

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirin keçirilməsində məqsəd bu idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında təbliği, eyni zamanda Naçxıvand afəaliyyət göstərən kikboksinq bölmələrinin və klublarının işinin təkmilləşdirilməsindən ibarət olub.
Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi Bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Reqlamentə əsasən idmançılar 13-15 yaş qruplarında 36, 42, 47, 52, 57, 60 və +60 kiloqram, 15-17 yaş qrupunda isə 54, 63 və +71 kiloqram çəki dərəcəslərində rinqə çıxıblar. Həmçinin, qız idmançılar 54 kiloqram çəki dərəcəsində ən güclünü müəyyənləşdirməyə çalışıblar.
Sonda hər çəki dərəcəsində ilk 3 yeri tutan idmançılar diplom, medal və Naxtel nömrələri ilə mükafatlandırılıblar.


Kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib-FOTOKikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib-FOTO
Kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib-FOTO
Kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30