SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə üç medal qazanıb

Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə üç medal qazanıb
12-09-2019, 18:59

Finlandiyanın Vantaa şəhərində keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı start götürüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yarışın ilk günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulub. 60 kq-da yarışan Rövşən Əliyev gümüş, Əhməd Yusifov isə bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. İbrahim Əliyev üçüncü yer uğrunda qarşılaşmada Davud Abbaslını məğlub edib.

Qadın cüdoçulardan isə Şəfəq Həmidova, Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) medal qazana bilməyiblər.

Beləliklə, Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə 3 medal qazanıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30