SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Səbail" Avropa Liqasının 10 debütantı sırasında yer alıb

12-09-2019, 16:00

2018/2019 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb.

NAXCİVANXEBERLERİ.COM UEFA-nın rəsmi hesabatına istinadən xəbər verir ki, bunların arasında Azərbaycan təmsilçisi "Səbail" də yer alıb.

"10-luğ"a "Yeni Malatyaspor" (Türkiyə), “Vitebsk” (Belarus), “Jalgiris” (Kaunas, Litva), “RFS Riqa” (Latviya), "Sperantsa" (Moldova), "Akademiya Pandev" (Şimali Makedoniya), "Legiya" (Polşa), "Arsenal" (Tula, Rusiya) və "Mura" (Sloveniya) da düşüb.

Çempionlar Liqasında isə bu mövsüm debüt edənlərin sayı 7-yə bərabərdir. Bunlar “Saburtalo” (Gürcüstan), "Atalanta" (İtaliya), "Feronikeli" (Kosovo), "Riqa" (Latviya), "Pyast" (Polşa), "Krasnodar" (Rusiya) və "Ararat (Ermənistan) komandalarıdır.

Qeyd edək ki, "Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sına hər iki oyunda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30