SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı
11-09-2019, 20:49

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 57 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin asan qələbəsi ilə yekunlaşıb – 5:0.

O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30