SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın olimpiya mükafatçısının peşəkar boksda debüt edəcəyi tarix və ilk rəqibi bəlli olub

Azərbaycanın olimpiya mükafatçısının peşəkar boksda debüt edəcəyi tarix və ilk rəqibi bəlli olub
11-09-2019, 12:10

Azərbaycanın həvəskar boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki debüt edəcəyi tarix müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 33 yaşlı olimpiya mükafatçısı sentyabrın 13-də, yerli vaxtla saat 17:00-da ilk döyüşünə çıxacaq. ABŞ-nın Nyu-York şəhərindəki “Medison Skver Qarden”də baş tutacaq qarşılaşmada Məcidov Ed Fonteynlə üz-üzə gələcək.

Döyüşlər Bakı vaxtı sentyabrın 14-də, saat 01:00-da başlayacaq.

Onun rəqibi 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan ABŞ boksçusu 6 dəfə məğlub olub.

Ağır çəki dərəcəsində mübarizə aparan M.Məcidov debütü səbirsizlikə gözlədiyini açıqlayıb: “BoxingStar” rəhbərliyinə, promouterim Eddi Heynə və “Matchroom Boxing USA” təşəkkür edirəm ki, mənə belə imkan yaradıblar. Çox həyəcanlıyam. Çempionların üzə çıxdığı Nyu-Yorkdakı döyüşü səbirsizliklə gözləyirəm. Hamı bilsin ki, mən öz boks üslubumla əyləncə bəxş edəcəyəm”.

İdmançının promouteri Eddi Heyn M.Məcidovdan uğur gözlədiyini qeyd edib: “Məhəmmədrəsulun bizə qoşulması fantastik hadisədir. Superağır çəkidə çox gərgin mübarizə var. Məcidov həvəskar boksdakı kimi döyüşsə, böyük gücə çevriləcək. Əmiməm ki, o, sürətlə irəliləmək istəyəcək. Onun karyerasını düzgün qurub, böyük döyüşlərdə iştirakına nail olacağıq”.

Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli reklam müqaviləsi imzalayan M.Məcidov tanınmış promouter Eddi Heynlə çalışır.

Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb. O, bir dəfə Avropa çempionu olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30