SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: “Trabzonspor”un skautları Azərbaycan millisinin hücumçusunu bəyəniblər

KİV: “Trabzonspor”un skautları Azərbaycan millisinin hücumçusunu bəyəniblər
11-09-2019, 10:50

Futbol üzrə Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesabı ilə heç-heçə etdiyi oyunu Türkiyənin “Trabzonspor” klubunun skautları da izləyiblər.

NAXCİVANXEBERLERİ.COM-un “Fotospor”a istinadən verdiyi məlumata görə, Qara dəniz təmsilçisinin nümayəndləri yığmanın və “Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Bildirilir ki, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.

Qeyd edək ki, Türkiyə mətbuatında daha öncə də “Trabzonspor”un Emreli ilə maraqlandığı yazılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30