SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında yığıncaq keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında   yığıncaq keçirilib-FOTO
9-01-2019, 16:49

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yığıncağı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Karate-do Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bilidirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman da inkişaf etməkdədir. Sonra Məmmədcəfər Əliyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib. Qeyd olunub ki, boksçularımız il ərzində 18 müxtəlif idman tədirində iştirak ediblər. Federasiyanın idmançıların il ərzində Azərbaycan çempionatları və beynəlxalq yarışlardan ümumilikdə 16 medal qazanıblar ki, bunların da 5-i qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir.
Qeyd edilib ki, adıçəkilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən Boks Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. İdmanın ən qədim növlərindən biri olan boks idman növü ötən il muxtar respublikanın idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Boks Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirib. Hal-hazırda muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 400-dən artıq idmançı, 27 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Yığıncaqda federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi təsdiq olunub. Sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının il ərzində fərqlənən məşqçi-müəllimləri və idmançıları mükafatlandırılıb.


Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında   yığıncaq keçirilib-FOTONaxçıvan Muxtar Respublikası Boks Federasiyasında   yığıncaq keçirilib-FOTONaxçıvan Muxtar Respublikası Boks Federasiyasında   yığıncaq keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930