SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb

Azərbaycan
10-09-2019, 11:25

Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yığma üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə (1:01:00) üzərək, yarışı 2-ci yerdə tamamlayıb. O, ilk 2 yerdən birini tutduğu üçün "Tokio 2020"yə birbaşa vəsiqə əldə edib.

Şamil Şahov isə finala çıxmağı bacarsa da, sonda 8-ci yerlə kifayətlənməli olub.

Xatırladaq ki, bu Azərbaycan paralimpiyaçılarının "Tokio 2020"yə qazandığı ikinci lisenziyadır. İlk vəsiqəyə daha əvvəl para-pauerliftinq üzrə yığmanın üzvü Elşən Hüseynov sahib çıxıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930