SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın U-21 millisi seçmə mərhələdə növbəti matçını keçirəcək

Azərbaycanın U-21 millisi seçmə mərhələdə növbəti matçını keçirəcək
10-09-2019, 09:15

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstanla üz-üzə gələcək. "Dalğa Arena"da təşkil olunacaq qarşılaşmanı Lüksemburqdan olan Laurent Koprivanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan yığması qrupdakı ilk matçında Lixtenşteynə minimal hesabla uduzsa da, ikinci qarşılaşmasında Slovakiyanı məğlub edib - 2:1. Gürcüstan isə seçmə mərhələdə bir oyun keçirib və həmin qarşılaşmada Lixtenşteyni 4 cavabsız qolla üstələyib.

AVRO-2021 seçmə mərhələ

Azərbaycan U-21 - Gürcüstan U-21

Baş hakim: Laurent Kopriva

Baş hakimin köməkçiləri: Klod Ris, David Mateus Santos

Dördüncü hakim: Aleks Kryureq (hamısı Lüksemburq)

"Dalğa Arena"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031