SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nikola Vlaşiç: "Azərbaycan millisi daha qapalı və kompakt oynayacaq"

Nikola Vlaşiç:
9-09-2019, 11:20

“Slovakiyaya qalib gəldik. İndi bizim tamamilə fərqli tərzdə oynayan daha bir ciddi rəqibimiz var”.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Xorvatiya yığmasının futbolçusu Nikola Vlaşiç Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə “Jutarnji List”ə açıqlamasında deyib.

Komandasının ötən həftə Slovakiyanı səfərdə 4:0 hesabı ilə məğlub etdiyi matçda ilk qolu vuran Rusiya MOİK-nin 22 yaşlı hücumçusu Bakıdakı görüşlə bağlı gözləntilərini bölüşüb: “Əlbəttə, Azərbaycan millisi daha qapalı və kompakt oynayacaq, müdafiə futboluna üstünlük verəcək. Belə bir rəqibi Trnavada rəqabət aparmaq istəyən komandaya bənzətmək mümkün deyil. Ekstremal hadisə baş verməsə, Azərbayn millisini Slovakiyadakı oyun tərzi ilə məğlub edə bilməyəcəyik. Əsas məsələ qələbə qazanmaq və bu, mini-sentyabr döngəsini 6 xalla başa vuraraq, hədəfimizə maksimum yaxınlaşmaqdır”.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30