SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçiririlib

Qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçiririlib
7-09-2019, 14:11

5 sentyabr 2019-cu il tarixdə Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, birinciliyin keçirilməsində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarını daha da səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 3 yaş qrupunda 30-a yaxın idmançı iştirak etmişdir. Yarışın yekununa əsasən, 2005-2006-cı il təvəllüdlü idmançılar arasında Gülan Əhmədova, 2007-20008-ci il təvəllüdlü idmançılar arasında Röya Məmmədova və 2009-2011-ci il təvəllüdlü idmançılar arasında isə Əhruz Əsədova I yerlərə layiq görülərək qalib adını qazanmışlar. Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031