SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Azərbaycan yığması Slovakiyaya qalib gəlib
6-09-2019, 23:11

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, rəqib Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası olub. “Dalğa Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Azərbaycan millisinin hər iki qolunu Barış Ekincier vurub. O, 7-ci və 90+3-cü dəqiqədə fərqlənib. Qonaq komandadan isə yeganə topun müəllifi 82-ci dəqiqədə Lyubomir Tupta olub.

Bu, Azərbaycan yığmasının 2-ci qrupda ikinci, Slovakiyanın isə ilk matçı olub. Milan Obradoviçin baş məşqçi olduğu komanda daha əvvəl səfərdə Lixtenşteynə uduzub - 0:1. Bu gün qələbə qazanmaqla, milli komanda qrupda ilk dəfə 3 xala sevinib.

Növbəti oyun sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

Avropa çempionatı, II tur

6 sentyabr

20:30. Azərbaycan - Slovakiya - 2:1

Qollar: Barış Ekincier, 7; 90+3 - Lyubomir Tupta, 82

Baş hakim: Deyan Yakimovski

Baş hakimin köməkçiləri: Nikola Karakolev, Kushtrim Lika

Dördüncü hakim: İqor Stoychevski (hamısı Şimali Makedoniya).

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30