SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropanın 100 ən bahalı futbolçunun adı açıqlandı - SİYAHI

Avropanın 100 ən bahalı futbolçunun adı açıqlandı - SİYAHI
8-01-2019, 22:15

"CIES Football Observatory” araşdırma mərkəzi Avropanın "böyük beşlik" çempionatlarında çıxış edən 100 ən bahalı futbolçunun siyahısını açıqlayıb.

Siyahıda futbolçular qiymətləndirilərkən onları yaşı və klubları ilə müqavilələrinin müddəti nəzərə alınıb.

Siyahıya PSJ-nin 20 yaşlı fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. Onu İngiltərə millisinin və "Tottenhem”in hücumçusu Harri Keyn (200,3 milyon), izləyir. İlk "üçlüy"ü PSJ-nın braziliyalı ulduzu Neymar qapayır. "Barselona”nın argentinalı forvardı Lionel Messi 7-ci, "Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 19-cu olub.

Siyahının ilk 20 pilləsində qərarlaşmış futbolçular
1. Kilian Mbappe (PSJ/Fransa) - 218,5 milyon avro
2. Harri Keyn (Tottenhem/İngiltərə) - 200,3 milyon avro
3. Neymar (PSJ/Fransa) - 197,1 milyon avro
4. Rahim Sterlinq (Mançerster Siti/İngiltərə) - 185,8 milyon avro
5. Məhəmməd Salah (Liverpul/Misir) - 184,3 milyon avro
6. Paulo Dibala (Yuventus/Argentina) - 171,9 milyon avro
7. Lionel Messi (Barselona/Argentina) - 171,2 milyon avro
8. Romelu Lukaku (Mançester Yunayted/Belçika) - 162 milyon avro
9. Filippe Koutinyo (Barselona/Braziliya) - 157 milyon avro
10. Leroy Sane (Mançerster Siti/Almaniya) - 156,1 milyon avro
11. Antoine Qrizmann (Atletiko/Fransa) - 155.2 milyon avro
12. Dele Alli (Tottenhem/İngiltərə) - 150.2 milyon avro
13. Roberto Firmino (Liverpul/Braziliya) - 145.6 milyon avro
14. Sadio Mane (Liverpul/Seneqal) - 137.4 milyon avro
15. Qabriel Xesus (Mançester Siti/Braziliya) - 134.6 milyon avro
16. Bernardo Silva (Mançester Siti/Portuqaliya) - 133.2 milyon avro
17. Pol Poqba (Mançester Yunayted/Fransa) - 130.3 milyon avro
18. Eden Hazard (Çelsi/Belçika) - 129 milyon avro
19. Kriştiano Ronaldo (Yuventus/Portuqaliya) - 127,2 milyon avro
20. Osman Dembele (Barselona/Fransa) - 120 milyon avro

Qeyd edək ki, siyahıdakı futbolçuların 27-sinin qiyməti 100 milyon avrodan çoxdu. Onların 16-sı İngiltərə, 5-i İspaniya, 3-ü İtaliya, 2-si Fransa, 1-i isə Almaniya milli çempionatlarında çıxış edir. 27 nəfərlik siyahıda Braziliyadan 6, İngiltərə və Fransanın hər birindən 5, Argentina, Portuqaliya, Belçikanın hər birindən 2, Misir, Almaniya, Seneqal, Uruqvay və İtaliyanın hər birindən 1 futbolçu yer alıb.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031