SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin basketbol millisi dünya çempionatında mükafatsız qalıb

Türkiyənin basketbol millisi dünya çempionatında mükafatsız qalıb
5-09-2019, 15:00

Kişi basketbolçulardan ibarət Türkiyə yığması Çində keçirilən dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Ufuk Sarıcanın baş məşqçi olduğu komanda mundialda ilk dəfə iştirak edən Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə millisinin məğlubiyyəti ilə yekunlaşıb - 76:91.

Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17 - 32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031