SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan boks yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan boks yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb
5-09-2019, 11:30

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumatına görə, yığma yarışda tam heyətlə mübarizə aparacaq. Baş məşqçi Nəriman Abdullayev Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominges (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Bakıya dönəcək.

Dünya çempionu Cavid Çələbiyev, olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən, millidə yer almayacaq.

Qeyd edək ki, dünya çempionatı 14 gün davam edəcək. Mudial yeni qaydalara əsasən, 8 çəkidə keçiriləcək. "EXPO Arena"da təşkil olunacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də, təsnifat mərhələsinin döyüşləri sentyabrın 9 - 17-də olacaq. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30