SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qalatasaray" Çempionlar Liqasındakı oyunlar üçün 6 yerli futbolçu sifariş verib

4-09-2019, 19:23

Türkiyənin "Qalatasaray" komandası UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, baş məşqçi Fatih Terim siyahıya 20 oyunçu cəlb edib. Bunlardan 14-ü legioner, 6-ı isə yerli futbolçulardır.

Qapıçılar: 1.Fernando Muslera (Uruqvay), 34.Okan Koçuk

Müdafiəçilər: 2.Şener Özbayraklı, 22.Mariano Ferreyra (Braziliya), 27.Kristian Luyindama (Konqo Demokratik Respublikası), 45.Markao (Braziliya), 19.Ömer Bayram, 55.Yuto Naqatomo (Yaponiya)

Yarımmüdafiəçilər: 6.Jan Mikael Seri (Kot dİvuar), 92.Stiven Nzonzi (Fransa), 99.Mario Lemina (Qabon), 8.Selçuk İnan, 89.Sofyan Fequli (Əlcəzair), 15.Rayan Donk, 11.Rayan Babel (hər ikisi Hollandiya), 10.Yones Belhanda (Mərakeş)

Hücumçular: 9.Radamel Falkao (Kolumbiya), 7.Adem Büyük, 23.Florin Andone (Rumıniya), 97.Emre Mor

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" (İspaniya), PSJ (Fransa) və "Brügge" (Belçika) ilə qarşılaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930