SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tin Yedvay: "Slovakiya Azərbaycandan fərqli olaraq, uzun toplara üstünlük vermir"

Tin Yedvay:
4-09-2019, 13:30

"Hazırlıqlar çox yaxşı gedir. Milli komandada ab-hava çox yaxşıdır. Qarşıdakı iki matç bizim üçün çox vacibdir".

NAXCİVANXEBERLERİ.COM "Ezadar" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Slovakiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunlarından öncə deyib.

24 yaşlı qolkiper Avropa çempionatının final mərhələsinə yaxınlaşmaq üçün növbəti iki görüşdə 6 xal hədəflədiklərini bildirib: "Həmişəki kimi, atmosfer möhtəşəmdir. Heç bir boşluq onu poza bilməz. Özümüzü mümkün olduğu qədər hazırlamaq üçün əlimizdən gələnin ən yaxşısını edirik. Bu iki qarşılaşmadan sonra turnir cədvəlinin birinci pilləsinə yüksələ bilərik".

Yığmanın müdafiəçisi Tin Yedvay da qarşıdakı iki görüşlə bağlı fikirlərini bölüşüb. 23 yaşlı oyunçu Slovakiya və Azərbaycan yığmaları arasındakı fərqi açıqlayıb: "Slovakiya mütəşəkkil komandadır. Onlar Azərbayan və Macarıstandan fərqli olaraq uzun toplara üstünlük vermir. Hər şey hadisələrə özümüzün necə nəzarət etməyimizdən asılıdır. Slovakiya qrupda indiyədək yaxşı oynayıb. Lakin biz məğlubiyyət haqqında düşünmürük. Hər iki görüşdə qələbə qazanaraq böyük turnirə qatılmağa layiq olduğumuzu göstərməliyik".

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031