SON DƏQİQƏ

naxcivanxeberleri.com

Karateçilərimiz beynəlxalq turnirdən 6 medalla qayıdıb

Karateçilərimiz beynəlxalq turnirdən 6 medalla qayıdıb
3-09-2019, 15:49

Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak ediblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, milli komandanın üzvlərindən Şahin Atamov "Masters" seriyalı ustaların yarışında çempion olub. Novruz Əliyev və İlahə Qasımova isə bürünc medal qazanıb.

Fərdi yarışlarda İ.Qasımova (-55 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci yeri, N.Əliyev (-75 kq) üçüncü pilləni tutub. Bu nəticələrlə, idmançılarımız "Bazel Open"də 6 medala sahib olublar.

10 illik yubiley turnirinə 28 ölkədən 788 idmançı qatılıb. Milli komandanın digər üzvləri həftəsonu Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinə hazırlıqla əlaqədar, bu yarışa yollanmayıblar.

Yubiley turnirinə dəvət olunmuş Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031