SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" PFL-in marşı və diktora görə cəzalandırılıb

"Qarabağ" PFL-in marşı və diktora görə cəzalandırılıb
3-09-2019, 15:40

AFFA İntizam Komitəsi I Divizionun "Qarabağ-2" - "Zaqatala" matçında baş verənlərə görə müxtəlif cərimələr tətbiq edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ağdam təmsilçisi matçın protokolunu vaxtında tərtib etməməsi səbəbindən 80 manat məbləğində cərimələnib.

Klub həmçinin AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün (meydançanın ətrafında kənar şəxslər olub) də 80 manat ödəməli olacaq.

Meydan sahibləri həmin qarşılaşmada Peşəkar Futbol Liqasının (PFL) əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, daha dəqiqi, görüşün keçirildiyi "Azərsun Arena"da diktorun olmaması və PFL-in marşının səsləndirilməməsi üzündən daha 80 manat ziyana düşüb. Oyunöncəsi iclasa polis nümayəndəsi gecikdiyi üçün isə "Qarabağ" 40 manat ödəməli olacaq.

Komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 80 manat ödəyəcək. Nihad Quliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün klubu 20 manat ziyana salıb və 1 oyunluq cəzalanıb.

Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031