SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya çempionatında iştirak edən cüdo yığması Bakıya dönüb

Dünya çempionatında iştirak edən cüdo yığması Bakıya dönüb
3-09-2019, 15:29

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında çıxış edən Azərbaycan yığma komandası bu gün Vətənə dönüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, milli komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, idmançıların doğmaları və yaxınları gül-çiçək dəstələri ilə qarşılayıblar.

Xatırladaq ki, dünya çempionatında Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında uğurla çıxış edərək 5-ci yeri tutub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930