SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir

Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
2-09-2019, 22:10

Sentyabrın 1-dən 4-dək Qırğızıstanın Çolpon-ata şəhərində MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu öz işinə başlayıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, forumda adı çəkilən Milli Olimpiya Komitələrinin prezident, vitse-prezident və digər şəxslər iştirak edir. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edirlər.

On iki ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30