SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Arsenal” Henrix Mxitaryanı klubdan göndərir

“Arsenal” Henrix Mxitaryanı klubdan göndərir
2-09-2019, 14:00

İngiltərənin “Arsenal” klubu Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanı klubdan göndərir.

NAXCİVANXEBERLERİ.COM “Sky Sports”a istinadən xəbər verir ki, Londan təmsilçisi 30 yaşlı yarımmüdafiəçini İtaliyanın “Roma” klubuna icarəyə verməyə hazırlaşır. Keçidin yaxın saatlarda elan olunacağı bildirilir.

Qeyd edək ki, “Arsenal” ilə 2021-ci ilin iyununadək müqaviləsi olan Mxitaryan təhlükəsizlik məsələsini bəhanə edərək Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyununa gəlməyib. Onun komandası həlledici görüşdə İngiltərənin digər təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031