SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqanın III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar olub

Premyer Liqanın III turu
2-09-2019, 13:30

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qoluna imza atıb.

NAXCİVANXEBERLERİ.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın III turunun “Sumqayıt”la görüşündə (2:1) hesabı bərabərləşdirən futbolçu üçün bu top ikiqat önəm kəsb edib.

Mahmudov Azərbaycan çempionatında 10-cu qolunu vurub. Buna 51-ci matçında nail olan yarımmüdafiəçi bütün matçlarını bir komandada – “Neftçi”də keçirib. “Ağ-qaralar”ın kapitanının paytaxt təmsilçisindəki ümumi qol sayı 15-ə çatıb. Premyer Liqadakı 10 qoldan başqa avrokuboklarda 4, Azərbaycan Kubokunda 1 dəfə fərqlənən futbolçu 63-cü matçında 15-ə çatıb.

Flaqmana “Sumqayıt” üzərində çətin qələbə qazandıran qolun müəllifi Stiven Monroz da yubiley qeyd edib. Fransalı legioner Premyer Liqada 50-ci oyununu keçirib. “Neftçi”yədək “Qəbələ”də çıxış etmiş Monroz 47 matça əyalət təmsilçisində, 3 oyuna indiki klubunda çıxıb.

Çempionatın III turu “Qarabağ”ın iki futbolçusu üçün də yubileylə əlamətdar olub. "Səbail"i 4:0 hesablı ilə məğlub etdikləri görüşdə bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib. 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legioner yubiley qolunu 139-cu matçında vurub. Kintananın bu qollarından 31-i Premyer Liqa, 3-ü Azərbaycan Kuboku, 6-sı avrokuboklara təsadüf edib.

Onun komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib. Görüşə ikinci hissədə daxil olan fransalı yarımmüdafiəçi “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi Premyer Liqada 25, Azərbaycan Kubokunda 4, avrokuboklarda 21 dəfə şans qazanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031