SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi Uels və Xorvatiya yığmaları ilə oyunların hazırlığına start verəcək

Azərbaycan millisi Uels və Xorvatiya yığmaları ilə oyunların hazırlığına start verəcək
2-09-2019, 12:49

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyunların hazırlığına start verəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, saat 18:30-da Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində start götürəcək ilk qapalı məşqdə komandaya dəvət olunan 22 futbolçudan 21-i iştirak edəcək. Almaniyanın “Aue” klubunda çıxış edən Dmitri Nazarov bu gün axşam düşərgəyə gələcək.

Milli sentyabrın 3-də və 4-də baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında daha 2 məşqə çıxacaq. Həmin məşqlər müvafiq olaraq saat 18:30 və 11:00-da başlayacaq.

Komanda sentyabrın 4-də, saat 17:40-da Uelslə oyun üçün çarter reysi ilə Bakıda Kardiffə uçaqacaq. Milli oyundan dərhal sonra vətənə dönəcək.

Qeyd edək ki, Uels yığması ilə Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya kollektivi ilə “Bakcell Arena”dakı qarşılaşma isə saat 20:00-a təyin edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031