SON DƏQİQƏ

naxcivanxeberleri.com

Boks üzrə Azərbaycan millisi Avropa çempionatında tam heyətlə iştirak edəcək

Boks üzrə Azərbaycan millisi Avropa çempionatında tam heyətlə iştirak edəcək
2-09-2019, 11:09

Azərbaycanın gənc boksçulardan ibarət milli komandasının sentyabrın 4-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətində verilən məlumata görə, yığma 7 gün davam edəcək yarışda tam heyətlə təmsil olunacaq. Komandanın baş məşqçisi Əsgər Eyvazov qitə birinciliyində Ruslan Qədirov (49 kq), Maqsud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Rəşid Həsənov (64 kq), Səlim Səlimov (69 kq), İror Platov (75 kq), Murad Allahverdiyev (81 kq), Əsəd Baxşıyev (91 kq) və Fuad Ağayevə (+91 kq) şans verəcək.

Təlim-məşq toplanışını başa vuran boksçular artıq Sofiyaya yollanıblar.

Qeyd edək ki, Avropa birinciliyində püşkatma mərasimi sentyabrın 3-də olacaq. Təsnifat mərhələsinin döyüşləri ayın 4-8-də, yarımfinal görüşləri sentyabrın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə ayın 10-da bilinəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031