SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqa: "Keşlə" "Qəbələ"ni böyük hesabla məğlub edib

Premyer Liqa:
31-08-2019, 20:55

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, açılış oyununda ölkə kubokunun qalibi "Qəbələ" ötən mövsümü son pillədə bitirmiş "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı artıq 10-cu dəqiqədə "Keşlə"nin kapitanı Slavik Alxasov açıb. 39-cu dəqiqədə Tural Bayramlı fərqi artırıb. 45+1-ci və 90+1-ci dəqiqələrdə isə yeni transfer Lorenzo Frutos "dubl" edərək yekun nəticəni müəyyənləşdirib.

Bununla da ardıcıl ikinci səfər qələbəsinə imza atan "Keşlə" 6 xalla "Səbail" və "Qarabağ"ın liderliyinə şərik olub. Dalbadal 3-cü "quru" məğlubiyyətlə üzləşən xalsız "Qəbələ" isə sonuncu pillədə qalıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30