SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA ən yaxşı futbolçuları mükafatlandırıb

UEFA ən yaxşı futbolçuları mükafatlandırıb
29-08-2019, 22:10

UEFA 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırıb. NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, mərasim Monakoda təşkil olunub.

İngiltərə "Liverpul"unun qolkiperi Alisson Bekker ən yaxşı qapıçı, bu komandanın arxa xətt oyunçusu Vircil van Deyk ən yaxşı müdafiəçi, hazırda İspaniya "Barselona"sında çıxış edən Hollandiya "Ayaks"ının sabiq orta sahə oyunçusu Frenki De Yonq ən yaxşı yarımmüdafiəçi, "Barsa"nın forvardı Lionel Messi isə ən yaxşı hücumçu adına layiq görülüb.

Van Deyk həm də ən yaxşı kişi futbolçu sayılıb. Hollandiyalı oyunçu Messi və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldunu üstələyib.

Fransa "Lion"unun ingiltərəli sağ cinah müdafiəçisi Lüsi Bronz isə ən yaxşı qadın futbolçu adını qazanıb.

Bundan başqa Fransa millisinin sabiq futbolçusu Erik Kantona UEFA prezidenti Aleksander Çeferinin xüsusi mükafatını alıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930