SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub

Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub
29-08-2019, 19:14

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun sonuncu - beşinci turda yığmanın rəqibi Rumıniya kollektivi olub.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25:14, 25:21)

Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillədə başa vurub. Yığma 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq. Rəqib komandaların bu gün öz aralarında keçirdikləri görüşdən sonra bəlli olacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yerin sahibi 1/8 finala vəsiqə qazanır. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031