SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatına start verilib

Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatına start verilib
29-08-2019, 12:55

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.

NAXCİVANXEBERLERİ.COM məlumatına görə, yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirin birinci günündə 2009-2011-ci il təvəllüdlü gimnastlar alətsiz, top və gürzlərlə yarışlarda güclərini sınayırlar.

Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031