SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürəcək

Bu gün bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürəcək
29-08-2019, 10:45

Bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatı start götürəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Gimnastika Arenasında 3 günü əhatə edəcək yarışda fərdi gimnastlar kiçiklər, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar.

İştirakçılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin İdman Məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.

Yeni mövsümün ilk turnirində 100-dən çox gimnast mübarizə aparacaq. Yarışlar hər gün saat 12:00-da start götürəcək.

Çempionat üçün biletləri Milli Gimnastika Arenasının kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə etmək olar. Yarışların ilk 2 günü biletlərin qiyməti 5 manat, final günü isə 8 manat təşkil edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031