SON DƏQİQƏ

naxcivanxeberleri.com

Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib-FOTO

Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib-FOTO
28-08-2019, 16:52

28 avqust 2019-cu il tarixdə Naxçıvan şəhər Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə oğlanlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən [b]NAXCİVANXEBERLERİ.COM[/b]-a verilən məlumata görə, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin direktoru Ramin Talıbov tədbiri açıq elan edərək yarışın keçirilmə məqsədi haqqında geniş məlumat vermiş və idmançılara uğurlar arzulamışdır. Daha sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarını daha da səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdır. Birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 2 yaş qrupunda 20-ə yaxın idmançı iştirak etmişdir. Yarışın yekununa əsasən, 2002-2004-cü il təvəllüdlü idmançılar arasında Həsən Abbasov və 2005-2007-ci il təvəllüdlü idmançılar arasında isə Toğrul İsmayılov I yerlərə layiq görülərək qalib adını qazanmışlar. Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.


 Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib-FOTO Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib-FOTO
 Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30