SON DƏQİQƏ

naxcivanxeberleri.com

Futzal üzrə Azərbaycan millisi Belarus yığmasına məğlub olub

Futzal üzrə Azərbaycan millisi Belarus yığmasına məğlub olub
26-08-2019, 23:35

Futzal üzrə Azərbaycan milli komandası avqustun 26-da Belarus yığması ilə yoldaşlıq oyunu keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Minskdəki MAPİD İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurublar.

Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, millimiz oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930