SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqası: "Sabah" öz meydanında "Keşlə"yə məğlub olub

Azərbaycan Premyer Liqası: "Sabah" öz meydanında "Keşlə"yə məğlub olub
25-08-2019, 21:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COMun məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Keşlə" komandaları üz-üzə gəlib.

Səbuhi Bayramovun idarə etdiyi qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissənin uzatma dəqiqəsində Vüsal İsgəndərli vurub. 73-cü dəqiqədə Sezar Meza Kolli "Keşlə"ni azlıqda qoysa da, "Sabah" say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra "Keşlə" ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" evdə "Səbail"ə böyük hesabla uduzub - 0:3.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930