SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları Hollandiya yığmasına uduzub

Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları Hollandiya yığmasına uduzub
25-08-2019, 20:30

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası bu gün ikinci matçını keçirib.

NAXCİVANXEBERLERİ.COM un məlumatına görə, rəqib Hollandiya yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25-23, 25-23).

Azərbaycan millisi üçüncü görüşünü Avropa çempionatının C qrupunun ev sahibi olan Macarıstana qarşı keçirəcək. Oyun avqustun 26-da Bakı vaxtı ilə saat 22:30 başlayacaq.

Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi ilk matçda Xorvatiya yığmasını 3:2 hesabı ilə məğlub edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30