SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Liverpul” “Arsenal”ı məğlub edib

“Liverpul” “Arsenal”ı məğlub edib
25-08-2019, 11:50

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Enfild” stadionunda “Liverpul” London təmsilçisi “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. “Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan “Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. “Arsenal” isə 6 xalla ikinci yerdədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30