SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə qarşılaşacaq

Premyer Liqa:
25-08-2019, 09:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə “Sabah” “Keşlə”ni qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq matç saat 18:45-də start götürəcək. Meydan sahibləri ilk turda “Neftçi” ilə səfərdə heç-heçə ediblər – 1:1. Qonaqlar isə doğma meydanda “Qarabağ”a 1 cavabsız qolla uduzublar.

Bu komandalar milli çempionatda indiyə qədər 4 dəfə qarşılaşıblar. Bütün görüşlərdə qol vurulub. “Keşlə” son 3 oyunda uduzmayıb. “Sabah”ın meydanındakı duellərdə hər iki kollektiv rəqib qapısına yol tapıb.

Günün ikinci matçı “Qarabağ” və “Qəbələ” arasında olacaq. “Azersun Arena”dakı qarşılaşma saat 21:00-a təyin edilib. Qonaqlar ilk turda evdə “Sumqayıt”a 0:2 hesabı ilə yeniliblər.

Bu komandalar indiyədək 44 dəfə üz-üzə gəlib. Onlardan 22-də “Qarabağ”, 10-da isə “Qəbələ” 3 xala sevinib. Ağdamlılar ardıcıl 5 qələbə qazanıb. “Qırmızı-qaralar” son 8 səfərdə qalib gəlməyib. Son 4 görüşdə hər iki komanda qol vurub.

Qeyd edək ki, tura avqustun 26-da keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.




II tur

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Masazır, “Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Bakı, “Azersun Arena”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30