SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa çempionatı: Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq

Avropa çempionatı: Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq
25-08-2019, 09:20

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-sa start götürəcək.

Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30